Tribuna İnformasiya Agentliyi

2016-cı ilin ən çox qazanan müğənniləri

01 Dekabr

“Forbes” jurnalı 2016-cı ildə ən çox gəlir əldə edən müğənnilərin adlarını açıqlayıb. 

“Forbes” jurnalı 2016-cı ildə ən çox gəlir əldə edən müğənnilərin adlarını açıqlayıb.

TİA.AZ-ın məlumatına görə, reytinqə amerikalı müğənni Teylor Svift başçılıq edir.

Onun gəliri 170 milyon dollar məbləğində qiymətləndirib. İkinci yeri 110 milyon dollar gəlir əldə edən “One Direction” qrupu tutub.

Üçüncü yerdə britaniyalı müğənni Adel ($80,5 milyon), dördüncü və beşinci pillələrdə isə Madonna ($76,5 milyon ) və Rihanna ($75 milyon) qərarlaşıb.