“200 minlik artezian quyusu vurulub, suyunu görən olmayıb”backend

“200 minlik artezian quyusu vurulub, suyunu görən olmayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2 il əvvəl dövlət başçısının sərəncamı ilə Beyləqan rayonunda, kəndimizin ətrafında 3 artezian quyusu vurulub. Deyilənə görə, həmin layihələrin icrasına 200 min manata yaxın büdcə pulu xərclənib. Sakinlər quyunu görsə də, suyunu görən olmayıb”.TİA.AZ xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev feysbuk hesabında yazıb.

O qeyd edib ki, quyunun vurulmasından 2 il keçsə də, əhaliyə su verilməyib: “Təsəvvür edin ki, məktəb tikirsən, içərisində oxuyan yoxdur. Yol çəkirsən, kimsə oradan faydalana bilmir. Çox keçməz, bu cür “smart idarəetmə”nin nəticələri “smart kəndlər”imizdə də görünər”. (Qafqazinfo)