20 yaş kiçik arvadını niyə güllələdi? – Bugünkü qətlin təfərrüatları – VİDEObackend

20 yaş kiçik arvadını niyə güllələdi? – Bugünkü qətlin təfərrüatları – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, Bakıda qətl törədilib. Ər əvvəlcə keçmiş arvadını daha sonra özünü güllələyib.
 
Hadisə Misli Xəlilovanın Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yaşadığı binanın önündə baş verib.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, Rasim Xəlilov keçmiş hərbçi olub. Həmçinin onların azyaşlı övladları da olub.
Qonşular deyir ki, bir müddət əvvəl ailədaxili problemlər səbəbindən onlar boşanıblar. Onların bir azyaşlı övladı var. Lakin Rasim Xəlilov özündən 19 yaş kiçik olan Misli ilə münaqişəli vəziyyəti davam etdirib və onu izləməyə başlayıb. Bu gün isə qadını güllələyərək öldürüb.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.