“20 YANVAR”IN BU YERİNDƏ SƏYYAR SATIŞ RƏZALƏTİ: POLİSƏ ŞİKAYƏT – FOTObackend

“20 YANVAR”IN BU YERİNDƏ SƏYYAR SATIŞ RƏZALƏTİ: POLİSƏ ŞİKAYƏT – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Metronun “20 Yanvar” stansiyası qarşısında səyyar ticarət piyadaların yolunu kəsib. TİA. Az xəbər verir ki, “Azərsu” ASC binası qarşısındakı dayanacağın arxasında piyadalar üçün qalan cığır da bağlanıb. Həmin yerdə piştaxta qoyub ayaqqabı satan ticarətçi tamamilə yolu bağlayıb, piyadalar üz-üzə gələndə yolu keçə bilmir, bir-birini gözləməli olurlar. Ölkədə səyyar ticarət qanunla qadağan olunsa da, bu ərazidə tamamilə biabırçı mənzərə hökm sürür. Lakin bununla bağlı tədbir görülmür, səyyar ticarətçilər bildiyini edirlər. Bu yoldan gündəlik istifadə edən vətəndaşlar Daxili İşlər Nazirliyindən və Yasamal Rayon Polis İdarəsindən xahiş edirlər ki, yaranmış problemlə bağlı tədbir görülsün. Vətəndaşlar deyirlər ki, 1 manatlıq taksi şoferlərinin bu ərazidə iki zolağı zəbt edib hər gün tıxaclar yaratması azmış, indi də piyada yolunu səyyar satışla məşğul olanlar kəsirlər. Bu da saymazlıq, vətəndaşı adam yerinə qoymamaqdır. Sanki kim harada istəsə piştaxta qoyub yol kəsə bilər.

TİA. Az