Tribuna İnformasiya Agentliyi

20 Yanvar haqqında həqiqətləri dünyaya çatdıran rejissor öldü – VİDEO

14 İyun
Moderator.az xəbər verir ki, bu gün, bu saatlarda məşhur sovet və rus kinorejissoru Stanislav Qovoruxin 82 yaşında vəfat edib.
Stanislav Qovoruxiinin şəxsiyyəti Azərbaycan üçün daha çox onunla yaddaqalandır ki, 1990-cı il 20 yanvar hadisələrindən iki gün sonra Rüstəm İbrahimbəyovun dəvətilə Bakıya gəlib və hadisələr haqqında həqiqi məlumatları dünyaya çatdıran şəxsdir.
Onun çəkdiyi qısametrajlı sənədli film həmin dövr üçün informasiya blokadasını yarmağa kömək etmişdi. Kinorejissor Stanislav Qovoruxin qoşunların Bakıya yeridilməsi ilə bağlı yazıb: “Yanvarın 19-dan 20-nə keçən gecə qoşunlar şəhərə daxil oldu. Lakin sovet ordusu sovet şəhərinə işğalçı ordu kimi – gecənin qaranlığında, tanklarla və zirehli maşınlarla girdi, özünə odlu və soyuq silahla yol açmağa başladı. Hərbi komendantın məlumatına görə, həmin gecə 60 min patron işlədilmişdi. Sumqayıt yolunun kənarında dayanmış minik maşını tankların keçib getməsini gözləyirdi. Həmin maşında Elmlər Akademiyasının üç alimi – biri qadın olan üç professoru vardı. Qəfildən tanklardan biri dəstədən ayrılaraq həmin avtomobilin üstündən keçdi, oradakı bütün sərnişinlər tankın altında qaldı. Tank dəstəsi dayanmadı, “şəhərdə məskən salmış düşməni” darmadağın etməyə getdi”.