20 manat kapitalla 4 milyonluq tender udan Qəzənfər Bağırov kimdir?backend

20 manat kapitalla 4 milyonluq tender udan Qəzənfər Bağırov kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ORN GROUP MMC-nin dövlətə vergi borcu olması deyilir

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin (açıq tender) qalibi məlum olub.

AzNews.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “ORN Group” MMC-dir.

Qalib şirkətə 4,145 milyon manat ödəniləcək.

Qalib şirkət 12 mart 2003-cü ildə təsis olunub. Vergilər Nazirliyinin kommersiya hüquqi şəxslərin qeydiyyat məlumatlarına görə, MMC-yə son çıxarış 29 aprel 2016-cı ildə verilib.

Nizamnamə kapitalı 20 manatdır.

MMC bu ünvanda yerləşir:

AZ1010, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ŞƏMSİ BƏDƏLBƏYLİ, ev 102, m. 47

Vergilər Nazirliyindəki qeydiyyat məlumatlarına görə, MMC-yə Qəzənfər Füzuli oğlu Bağırov rəhbərlik edir.

Eyni şəxs başqa bir şirkətin də hüquqi təmsilçisidir.

“ORN GİDA VE DERİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ.

Qeydiyyat nömrəsi (VÖEN): 1004104191.

Təşkilati-hüquqi forması: Məhdud məsuliyyətli cəmiyyət.

Hüquqi ünvanı: AZ1147, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ADİL MƏMMƏDOV 9 MKR ev 16 m.69.

Nizamnamə kapitalı: 10 manat.

Dövlət qeydiyyatına alındığı tarix: 29 Yanvar 2016.

Qəzənfər Bağırov haqqında açıq informasiya resurslarında məlumat tapmaq müşkül məsələdir. Onun “Linkedin”-də profili mövcud olsa da, aktiv deyil.

“Yeni Avaz” saytının bu gün yaydığı məlumata görə isə, 4 milyon manatlıq tenderin qalibi olan “ORN Group” MMC-nin hazırda (13.07.2022) dövlət büdcəsinə 68 min 220 manat 66 qəpik vergi borcu var:

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” tenderdə iştirak üçün sənəd qəbulunu bu ilin mart ayında aparıb. “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə vergi borcu olan şirkətlərin tenderdə iştirakı mümkün deyil. Bu isə o deməkdir ki, qalib şirkətin 68 min manatlıq vergi borcu son 2 ayda yaranıb”.

Mövzunu diqqətdə saxlayacağıq.

 

image description
image description