2 yaşlı uşağı ölümcül hala salan Lanset klinikası – FOTOLARbackend

2 yaşlı uşağı ölümcül hala salan Lanset klinikası – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsanlar sağlamlığında problem yaranan kimi həkimlərə üz tutur, amma təəssüflər olsun ki, dünyada tibb sahəsində hər gün inqilablar baş verdiyi bir zamanda Azərbaycanda bunun əksi baş verir. Hərə bir özəl klinika açaraq öz vəzifə səlahətlərindən istədiyi kimi sui-istfadə edə bilir. Həkimlər kimisə əməliyyat edəndə insan yox, sanki heyvan əməliyyatı aparırlar. Belə özbaşınalıqlardan biri də bir neçə gün əvvəl Bakıda Lanset klinikası kimi fəaliyyət göstərən klinikada baş verib. Azerbaycanrealligi.com saytına şikayət edən Günel Əzəzzadə bildirir ki, iyunun 8-də klinikaya müraciət etmişdir və həkim Elşən Hacıyev onlardan 2 yaşlı bacsi uşağının boğaz əməliyyatı üçün 600 azn pul istəyib. Onlar pulu verdikdən sonra uşaq əməliyyat olunub. Təxmini 2 saatdan sonra evə buraxılıb, amma əməliyyatdan sonrakı 14 gün ərzində uşağın nəfəs almasında problemlər başlayıb. Həkimə müraciət edəndə isə həkim bunun normal hal olduğunu bildirib, daha sonra isə məlum olub ki, uşağın boğazında tampon qalıb. Həkimə zəng edib deyəndə isə bu halın da normal olduğunu bildirib. Ödənilən pulu həkim Elşən Hacıyev alsa da, verilən epikrizdə əməliyyatı tamam başqa həkimin apardığı yazılıb. Həmçinin, alınan pulun müqabilində onlara hər hansı bir qəbz də verilməyib. Bundan başqa, uşağın guya klinikada 2 saat yox, 24 saat qaldığı, yəni bir gün – ayın 8-də daxil olub 9-da isə evə buraxılıb şəklində qeydiyyat aparılıb. Bu özbaşınalıq haqqında klinikanın baş həkiminə şikayət etsələr də, həkim bildirib ki, biz heç nəyə cavabdeh deyilik, Elşən Hacıyevin bura adiyyatı yoxdur, o, sadəcə, burada cüzi pul ödəməklə əməliyyat edir. Beləliklə, gördüyümüz kimi, çox maraqlı bir hal yaranır. Deməli, tibbi təhsili olmayan hər bir kəs gedib bu klinikaya faiz ödənişi edib istədiyi adamı əməliyyat edə bilər, sonra da vətəndaş əməliyyat masasında rahatlıqla keçınəcək, amma buna klinika cavabdeh olmayacaq. Ümidvarıq, ilk olmayan belə  özbaşınalığı nəzərə alaraq Səhiyyə naziri cənab Oktay Şirəliyev bu istiqamətdə ciddi araşdırmaya start verəcək və növbəti özbaşınalıqların qarşısını alacaqdır.

Bu istiqamətdə araşdırmamız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.