2 şəhər, 8 rayonda ictimai nəqliyyat tamamilə işləməyəcəkbackend

2 şəhər, 8 rayonda ictimai nəqliyyat tamamilə işləməyəcək

7 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək bəzi ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılacaq.

TİA.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Həmin ərazilər Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarıdır.

Xatırladaq ki, bu vaxtadək həmin inzibati ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti yalnız həftə sonları dayandırılırdı.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki