Tribuna İnformasiya Agentliyi

2 ölkədən İrana diplomatik zərbə

02 May
Mərakeş İranla diplomatik əlaqələrə son qoyaraq bu ölkədəki səfirliyini bağlayır.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mərakeşin xarici işlər naziri Nəsir Burita məlumat verib. Bildirilir ki, İranın Yəməndə dəstək verdiyi Hizbullah təşkilatının Polisariyo Cəbhəsi ilə əlaqəsi var. Nazir Hizbullahın Polisariyoya hərbi dəstək verdiyini, Əlcəzairdə işləyən iranlı diplomatların iki təşkilatın görüşlərini təşkil etdiyini iddia edib.
Qeyd edək ki, 1975-ci ildə Mərakeş əvvəllər İspaniyanın nəzarətində olmuş Qərbi Səhranı öz tərkibinə daxil edib. Polisariyo Cəbhəsi Qərbi Səhrada müstəqillik tələb edir və bu, Mərakeşlə təşkilat arasında gərgin münasibətlərə gətirib çıxarır.
Bəhreynin xarici işlər naziri Xalid İbin Əhməd Əl Xəlifə “Twitter” hesabından Mərakeşin bu qərarını dəstəklədiklərini bildirib. O vurğulayıb ki, hər zaman Bəhreynin yanında yer alan Mərakeşin düşmənlərinə qarşı mübarizəsində arxasındayıq.