Tribuna İnformasiya Agentliyi

2 milyonluq dələduzluqda ittiham olunan iki vəzifəli şəxs özlərini təqsirli bildi

11 May

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan “Xudafərin” MMC-nin vəzifəli şəxsləri – Anar Məmmədov, Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülün cinayət işi üzrə məhkəmə prosesi keçirilib

Virtualaz.org-un xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.
Prosesdə dövlət ittihamçısı ittiham aktı elan edib. Təqsirləndirilən Anar Məmmədov və Ramiz Quluzadə onlara elan olunan ittihamla özlərini qismən təqsirli biliblər. Digər təqsirləndirilənlərsə özlərini təsirli bilməyiblər.
Məhkəmə prosesi mayın 25-də davam edəcək.
Qeyd edək ki, “Xudafərin” MMC-nin vəzifəli şəxsləri – Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurlar. Adları çəkilən şəxslərin barəsində həbs qətimkan tədbiri seçilməyib. Cinayət işində 47 nəfər zərərçəkmiş var.
Təqsirləndirilən şəxslər ümumilikdə 2 milyon manatlıq dələduzluqda ittiham olunurlar.
Qeyd edək ki, “Xudafərin” MMC “AMAY Abdulla” kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsusdur.