Tribuna İnformasiya Agentliyi

2 məşhur türk jurnalistin verilişləri qadağan edildi

27 Dekabr
Türkiyənin RTÜK təşkilatı (Radyo ve Televizyon Üst Kurulu) 2 məşhur jurnalistin verilişlərinə yayım qadağası barədə qərar qəbul edib.
Qaynarinfo Haberler-ə istinadən xəbər verir ki, “Halk Tv”də yayımlanan və Uğur Dündar tərəfindən aparılan “Halk Arenası” proqramına 5 proqramlıq qadağa, Fatih Portakalın aparıcılıq etdiyi “FOX TV”nin “FOX Haber” proqramına isə 3 proqramlıq qadağa tətbiq edilib. Hər iki telekanal cəmiyyəti düşmənçiliyə təhrik etmək, nifrət hissləri oyatmağa çalışmaq, tənqid sərhədlərini aşmaq, tərəfsiz mövqe nümayiş etdirməməkdə ittiham edilir.
“FOX Tv”yə 1 milyon Türk lirəsi, “Halk Tv”yə isə 80 min TL pul cəzası verilib.