2 bacı sarılaraq şəhid oldular (VİDEO)backend

2 bacı sarılaraq şəhid oldular (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Döyüş meydanında uduzan terrorçu Ermənistan ordusu öz mənfur niyyətindən əl çəkmirdi. Yenə yaşayış məntəqələri, yenə dinc əhali atəşə tutulurdu.
Vətən müharibəsinin 7-ci günündə Ermənistan silahlı qüvvələrinin Beyləqana atdığı raket mərmiləri 2 bacının həyatına son qoydu. Yaşadıqları evin üstünə düşən raket nəticəsində şəhər sakinləri – 44 yaşlı Zülfiyyə İsmayılova və onun bacısı, 22 yaşlı Arzu Əsədova həyatlarını itirdi. 2 bacının ölümünə səbəb olan raket 5 yaşayış evini, yaşanması mümkünsüz hala gətirdi.
Sözügedən terror hadisəsinin bir yaşı tamam olur. Ermmənistan dövlətinin həyata keçirdiyi hərbi cinayət Zülfiyyə İsmayılovanın ciyər paralarını yetim qoyub. Aytənlə Nəcəf atalarını itirəndə birinin 3 digərinin 2 yaşı olub. Tibb bacısı işləyən Zülfiyyə təkbaşına böyütmüşdü hər iki övladını. Oğlunu evləndirib gəlin gətirmişdi. Hələ oğlu Nəcəflə Aişənin evliliyindən qucağına bir oğul nəvəsi almışdı. Adını da övladlarının atası, 2000-ci ildə itirdiyi ömür-gün yoldaşı Vaqifin adını qoymuşdu… beləcə övladlarının dili ilə desək xoşbəxt yaşayırdılar. Ancaq bu xoşbəxlik erməni terroruna qədər davam etdi. Nəcəf deyir ki, Vətən müharibəsi başladığı gündən anası Zülfiyyə tib bacısı işlədiyi xəstəxanadan evə gəlmirdi. Xəstəxanaya gələn yaralılara kömək etmək üçün xəstəxanada qalırdı. Bu səbəbdən Nəcəf həyat yoldaşını və 6 aylıq övladını Bakıya qaynata evinə aparıb. 2-3 gün qalıb qaydacaqdım deyir. Amma hərkəs xəbərsiz idi ki, bir həftə gecə-gündüz xəstəxanada qalıb çalışan anası, bir- neçə saatlıq icazə alıb evə gələcəkdi ki, yuyunsun, əyinini dəyişsin. Hələ bir-iki dəyişəcək paltarda götürüb geri qayıtsın xəstəxanaya… vəə bu 2-3 saatlıq icazə onun ölümünə səbəb olacaqdı.
24 yaşınadək atasız böyüyən Aytən anasının yoxluğu ilə barışa bilmədiyini deyir. Evlərinə düşən raket anası və xalası ilə bərabər bütün xatirələrini yox etmişdi. Hazırda dövlət tərəfindən onların raket düşüb dağılan evlərinin yerində yeni ev tikilib. əşyaları olmasa da, quru polun üstündə yer salıb yatsalarda anasının səliqə səhmanını axtardığını deyir.
həmin gün Beyləqan rayonuna xeyli mərmi düşdü. İki bacının həlak olduğu ərazidə olan digər yaşayış evlərinin bir neçəsi təmamilə dağılıdı. Şəhərin müxtəlif yerlərinə düşmüş top mərmilərinin qəlpələrindən şəhər sakinləri 38 yaşlı Etibar Balakişiyev və 51 yaşlı Sevda Bəşirova müxtəlif dərəcəli bədən xəsarətləri aldılar.
Bəli dinc əhali arasında öləndə oldu, yaralanan da… Amma axıdılan hər damla qanın qisası dərhal döyüş meydanında, məhz elə əli silahlılardan alındı…