1970-ci ildən sonra doğulanlarda niyə xəstəliklər çoxdur?backend

1970-ci ildən sonra doğulanlarda niyə xəstəliklər çoxdur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
1970-ci ildən sonra doğulanların səhhətində çox problem olur
London Universitetinin alimləri X nəslin sağlamlıqla bağlı daha çox əziyyət çəkdiyini sübut edib.
Belə ki, 1970-1980- ci illər arasında doğulanlarda 2-3 və daha artıq xroniki xəstəlik, bədəndə daimi ağrılar, yüksək təzyiq, psixi pozulmalar, narkotik, siqaret və alkoqoldan asılılıq halları rast gəlinir.
Medicina.az xəbər verir ki, elmi araşdırmanın nəticələri BMC Public Health tibbi dərgisində çap olunub.
Xüsusən yoxsul, imkansız ailələrdə böyüyən bu nəsil nümayəndələri sağlamlıqla bağlı 35 yaşdan sonra çoxsaylı problemlərlə üzləşir.
Uşaqlıqda fiziki və psixiki problemləri olanlar orta yaşda daha çox xroniki xəstəliyə tutulur.
Elmi işin rəhbəri və müəllifi David Qondek deyir:
“Bu tədqiqat yeni məlumatlar ortaya qoyur. Əhalinin X nəsli arasında çoxsaylı xroniki xəstəliyi olanlar çoxalır. İndi 41-48 yaş arası insanların 2-3 xroniki xəstəliyi eyni anda mövcuddur. Bunların əsası erkən uşaqlıqda qoyulub”.
46-49 yaş arasında 35% əhalinin diabet, artrit, depressiya, nevroloji ağrılar, təzyiq, ürək problemləri var