190 manatı alacaq şəxslərin siyahısı banklara göndərilibbackend

190 manatı alacaq şəxslərin siyahısı banklara göndərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə birdəfəlik ödəmə (190 manat) almaq hüququ yaranan 278 min şəxsin siyahısı artıq aidiyyatı banklara göndərilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat yayıb.

O bildirib ki, yaxın günlərdə ödəmələrin verilməsinə başlanılacaq: “Vəsait vətəndaşların may ayında birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək və bu barədə onlara rəsmi məlumat göndəriləcək. Birdəfəlik ödəmə aprel-may ayları üzrə 190 manat almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanı Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinə və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarından olan işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal çalışan aztəminatlı şəxslərə veriləcək”.