190 manat yardım: Daha 200 min şəxslə bağlı qərar veriləcək (RƏSMİ)backend

190 manat yardım: Daha 200 min şəxslə bağlı qərar veriləcək (RƏSMİ)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Daha 200 min şəxslə bağlı qərar veriləcək”.
TİA.AZ xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı e-sosial.az portalında 190 manat üçün müraciətlərin yekunlaşmasına aydınlıq gətirərkən deyib. Nazirlik rəsmsi hazırda işsiz vətəndaşların 190 manat yardımla bağlı edilən müraciətlərinin təhlilinin aparıldığını qeyd edib:
“Portal bağlanmayıb, birdəfəlik ödəmə üçün müraciətlər yekunlaşdırılıb. Gələn müraciətlərin təhlili davam edir.  Proqram 600 min şəxsi əhatə edir. İndiyədək 400 min işini və qazancını itirən şəxsə ödəmə olub. Daha 200 min şəxslə bağlı qərar veriləcək”.
Qeyd edək ki,işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər tərəfindən birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına edilən müraciətlərin qəbulu artıq yekunlaşıb.