190 manat veriləndə bu məsələ də nəzərə alınacaqbackend

190 manat veriləndə bu məsələ də nəzərə alınacaq

Məlum olduğu kimi, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə 190 manat ödəmə almış şəxslərə eyni məbləğdə birdəfəlik ödəmə veriləcək.

Qərara əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə eyni məbləğdə ödəmənin verilməsi birdəfəlik həyata keçiriləcək.

Bu dəfə ödəmələrin həyata keçirilməsində hər hansı dəyişiklik varmı? Əvvəlki aylarda ödəmə almayanlar, yəni qeydiyyatdan keçməyənlər bu dəfə qeydiyyatdan keçib vəsaiti ala bilərlərmi?

TİA.AZ  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə 190 manat ödəmə almış şəxslərə eyni məbləğdə birdəfəlik ödəmənin verilməsi ilə bağlı ən çox verilən suallara cavabı təqdim edir.

Sual: Ödəmə zamanı faktiki yaşayış yeri nəzərə alınacaqmı?

Cavab: Bəli. Ödəmə zamanı faktiki yaşayış yeri nəzərə alınacaq. Bu zaman vətəndaşın aprel-may ayları üzrə birdəfəlik ödəmə almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi ünvan əsas götürüləcək.

Sual: Təkrar müraciətə ehtiyac varmı?

Cavab: Xeyr. Ödəniş xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar (Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları) üzrə aprel-may aylarında 190 manat ödəniş almış şəxslərə şamil olunacaq.

Qeyd edək ki, ödəmə həmin şəxslərin banklar tərəfindən təqdim edilmiş bank kartlarına köçürüləcək.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki