190 manat bu şəxslərə düşmür – SİYAHIbackend

190 manat bu şəxslərə düşmür – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

190 manat birdəfəlik ödəmə ilə bağlı, əsasən aşağıdakı maddələrə istinad olunaraq, imtina cavabları gəlir. Həmin maddələrdə göstərilən şəxslər məşğul şəxslər hesab olunur və onlar işsiz kimi qeydiyyata alına bilməzlər.

Tia.az bildirir ki, məşğul şəxslərə aşağıdakılar aiddir:

4.1.1. muzdla işləyənlər – Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər;

4.1.2. mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər – Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər;

4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri;

4.1.4. haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər;

4.1.5. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər;

4.1.6. ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar;

4.1.7. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

4.1.8. Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları.