190+6… Altı manat nəyi həll edir? – İqtisadçı ekspertin şərhibackend

190+6… Altı manat nəyi həll edir? – İqtisadçı ekspertin şərhi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“6 manat heç nəyi həll etmir”.

Bunu  açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin “birdəfəlik ödəmənin 190 manatdan 196 manata qaldırılmasını hökumətlə müzakirə edəcəyik” fikirinə münasibətində deyib. O bildirib ki, qanunvericiliyə görə, yaşayış minimumu səviyyəsində ödənişlər olunur və 190 manat rəqəmi də oradan götürülüb:

“Gələn il üçün yaşayış minumumu 196 manat təyin edildi. Ümid edək ki, karantin rejimi uzadılmayacaq, insanlar öz işinə-gücünə qayıdacaq, öz imkanları ilə pul qazanmağa başlayacaqlar. 196 manata möhtac da olmazlar onda. Əgər Allah göstərməsin, gələn il karantin rejimi uzadılsa, 196 deyil, çox güman ki, həmin məbləği yuvarlaqlaşdırıb 200 manat edəcəklər”.

Natiq Cəfərlinin fikrincə, bundan artıq böyük məbləğdə artımın olacağını gözləmək əbəsdir:

“Əgər karantin rejimi uzadılsa, yəni yanvar-fevral aylarında bunu görsək, 190 manatı 200 manata qaldıracaqlar. Bundan başqa, ciddi bir dəyişikliyin olmasını gözləməyə dəyməz”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı işsizlər üçün birdəfəlik ödəmənin qaldırılması ilə bağlı açıqlama verib. Nazir “Əgər sərtləşdirilmiş karantin rejimi yenə tətbiq olunsa, vətəndaşlara verilən birdəfəlik ödəmənin məbləğinin 190 manatdan 196 manata qaldırılmasını hökumətlə müzakirə edəcəyik”, – deyə bildirib.