189 erməni əsgərin cəsədi tullantı kimi saxlanır – ŞOK KADRLAR – VİDEObackend

189 erməni əsgərin cəsədi tullantı kimi saxlanır – ŞOK KADRLAR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 gün davam etmiş İkinci Qarabağ Müharibəsində tam kapitulyasiyaya uğramış Ermənistan həlak olan və yaralanan hərbçilərinin dəqiq sayını hələ də açıqlamır, gizlədir.

Ermənistanın Müdafiə Nazirliyi hələ də “Qarabağda itkin düşmüş hərbçilərin axtarışları ilə məşğul olduğunu” bəyan edir.

Halbuki çoxdan bəllidir və sübut olunub ki, Ermənistan rəhbərliyi İkinci Qarabağ Müharibəsində həlak olmuş hərbçilərin, xüsusilə də əsgərlərin cəsədlərini gizlətməkdən belə, çəkinmir.

189 erməni əsgərin cəsədi Erimənistanın Abovyan şəhərindəki vərəm dispanserinin morqunda aşkarlanıb.

Morqun 5 otaq-kamerasında polietilen kisələrə bükülmüş cəsədlər artıq 7 aydır ki, gizli şəkildə saxlanır.

Həmin əsgərlərin valideynlərinə isə Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan “oğlunuz itkin düşüb, axtarırıq” demişdi.