Prezident: “Gülləbaran edilmiş heykəllər təxminən 30 ildən sonra Vətənə qayıdıb”backend

Prezident: “Gülləbaran edilmiş heykəllər təxminən 30 ildən sonra Vətənə qayıdıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində işğaldan azad olunan ərazilərə Prezident İlham Əliyevlə birlikdə səfərləri ilə bağlı növbəti paylaşım edib.

Tia.az-ın məlumatına görə, videogörüntülərdə dövlət başçısı deyir:

“Bakıdan gətirmişəm. Xurşudbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül. Ermənilər tərəfindən gülləbaran edilmiş heykəllər təxminən 30 ildən sonra Vətənə qayıdıb”.

Birinci vitse-prezident M.Əliyevanın digər paylaşımı isə Şuşadakı Aşağı Gövhər ağa məsciidi ilə bağlı olub.

“Aşağı Gövhər ağa məscidi. O tərəfdə gözəl dağlar”, – Prezident bildirib