16 yaşında ərə verilən qızdan açıqlama: “İstədim, öz həyatım olsun” – VİDEObackend

16 yaşında ərə verilən qızdan açıqlama: “İstədim, öz həyatım olsun” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən gün sosial şəbəkələrdə 16 yaşlı qızın ailə qurması ilə bağlı yayılan xəbərlər ölkə mətbuatının gündəmini zəbt edib.
TİA.AZ BAKU.WS-ə istinadən xəbər verir ki, “Səni axtarıram” proqramında 16 yaşlı Müşgünazın qaynanası Zülfiyyə ilə əlaqə saxlanılaraq lentə alınan görüntülərin təfərrüatları öyrənilib. O sosial şəbəkələrdə yayılan videonun sadəcə nişan mərasimi olduğunu bildirib:
“Görüntülər nişan mərasimindən çəkilib. Uşağı atırdılar. Mən onu xoşbəxt etməyim? Xahiş edirəm çəkiliş gəlsin qızın anasıgilə getsinlər.
Evləri uçuqdur. Anası qan xəstəsidir. Yaraların içində ölür. Qardaşı epilepsiya xəstəsidir. Evlərinin üstü yoxdur. Anası dedi ki, aparın balamı mən bu həyatdan rahat köçüm. Oğlumun 29 yaşı var. Qız da, oğlan da namaz qılır.
Daha sonra Müşgünazla əlaqə qız ilə əlaqə saxlanılıb. O təhsilini davam etdirdiyini sadəcə nişanlandığını deyib:
“Hazırda mən oxuyuram. Təhsilimi davam etdirirəm. Evlənməmişəm. Sadəcə nişanlanmışam. Evlilik düşünmürəm.
Məktəbi bitirdikdən sonra fikirləşərəm. Anam xəstədir, yataq xəstəsi deyil. Bura öz gəldim ki, öz həyatım olsun. Əlbəttə anamı da düşünürəm. O mənim valideynimdir”.
Xatırladaq ki, hadisə Şəki rayonunun Dəhnə kəndində baş verib. Müşgünaz adlı yeniyetmənin Bakının Maştağa kəndinə ərə verildiyi bildirilib.