Tribuna İnformasiya Agentliyi

16 yaşlı qız dönərdən zəhərləndi

27 Mart

Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib. Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib.

Report xəbər verir ki, Tovuz rayon Qovlar kənd sakini, 2001-ci il təvəllüdlü Hüseynova Gülər Faiq qızı yediyi dönərdən zəhərlənib.

O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və G.Hüseynovaya dərhal tibbi yardım göstərilib. Yeniyetmə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirib.
Faktla bağlı araşdırma aparılır.