Tribuna İnformasiya Agentliyi

1500 dollara dondurma – VİDEO

26 İyul

Nyu-Yorkdakı mehmanxanalardan birinin restoranında 1500 dollar dəyərində dondurma təklif edilir.

1news.az xarici mətbuata istinadla xəbər verir ki,  “Qeyri-adi ayı” adlanan dondurmanın tərkibini və dizaynını aşpazlar bir aya hazırlayıblar. Onlar bununla müştəriləri təəccübləndirmək istəyiblər.

“Biz yüksək keyfiyyətli maddələrindən istifadə edirik. Məsələn, Madaqaskar vanili, çox bahalıdır. Həmçinin, İtaliyanın qara tryufelindən, qızıl və gümüş əlavəli qida istifadə edirik. Və əlbəttə ki, biz bu desertə yaradıcı yanaşırıq”, – qənnadçı Rosario Vakabayaşi deyib.

Dondurma ağ şokolad topları, karamel ipləri, rəngli kəpənəklərlə bəzədilib ki, bunlar da yeməlidir. Bundan başqa, bir neçə qızıl ştrixlər və dondurma hazırdır.

Dondurma xüsusi sifariş edilmiş, yuxarı hissəsində kristaldan düzəlmiş ayının olduğu  keramika qablarda təqdim edilir. Qabı özünüzlə götürə bilərsiniz və bu, desertin ən bahalı hissəsi hesab edilir. Keramik qabı götürməyəndə isə dondurma 300 dollara başa gələcək.