15 yaşında ərə verilən qız 5 qardaşın bir bacısıdır… – TƏFƏRRÜATbackend

15 yaşında ərə verilən qız 5 qardaşın bir bacısıdır… – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Şəkinin Kiçik Dəhnə kəndindən olan 15 yaşlı Müşgünaz adlı yeniyetmənin Bakının Maştağa kəndinə ərə verildiyi ilə bağlı məlumat yayılıb.

Şəki rayon Kiçik Dəhnə kənd icra nümayəndəsinin müavini Seyran Manafov Publika.az-a faktı təsdiqləyib.

O, sözügedən hadisədən məlumatlı olduqlarını bildirib: “Qızı Bakıdan gəlib aparıblar. Aparanda bizim xəbərimiz olmayıb. Ailəsi deyir ki, qız gəzmək məqsədilə Bakıda yaşayan qardaşıgilə gedib. Valideynləri yəqin ki, bu məlumatı gizlədirlər. Polis əsas məlumatı açıqlayacaq. Hazırda araşdırma aparılır, valideynləri indi dindirilmədədir”.

S.Manafov qeyd edib ki, Müşgünaz 9-cu sinfi yeni bitirib və o, ailənin sonuncu övladıdır.

“Qız 21.11.2005-ci il təvəllüdlüdür. Ailəsinin zor tətbiq edib-etməməsilə bağlı da məlumatımız yoxdur. Ancaq onun ailəsi imkansızdır. Ailəni tanıyırıq, çoxuşaqlı ailədir, 6 uşaqları var. Dolanışıqları çətindir. Evləndirildiyi iddia edilən qız evin sonbeşiyidir. Özündən böyük 5 qardaşı var, onlardan da evli olanı var”, – deyə kənd icra nümayəndəsinin müavini əlavə edib.

Hazırda Şəki Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.