Tribuna İnformasiya Agentliyi

15 yaşı tamam olmayan vətəndaşlar şəxsiyyət vəsiqəsi alarkən onlardan barmaq izləri götürülməyəcək

18 Mart

Azərbaycanda 15 yaşı tamam olmayan vətəndaşlar şəxsiyyət vəsiqəsi alan zaman onlardan əl-barmaq izləri götürməyəcək.

“Report” xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanuna dəyişiklik edilir.

Qanunun 7-ci (Məcburi dövlət daktiloskopik qeydiyyatı) maddəsinə edilən dəyişiklik şəxsiyyət vəsiqəsi alan vətəndaşların məcburi daktiloskopik qeydiyyatdan keçirilməsini nəzərdə tutur.

Eyni zamanda 15 yaşı tamam olmayan vətəndaşlar şəxsiyyət vəsiqəsi alan zaman onlardan əl-barmaq izlərinin götürülməsi istisna edilir.

Dəyişiklik layihəsi Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.