Tribuna İnformasiya Agentliyi

14 yaşlı qızı zorlayıb öldürən 60 yaşlı kişi barədə ŞOK QƏRAR

16 Dekabr

ABŞ-ın Ali məhkəməsi 14 yaşlı qızı zorlayaraq öldürməkdə təqsirli bilinən 60 yaşlı Romella Brumun ikinci dəfə edam edilməsi barədə qərar verib. 

ABŞ-ın Ali məhkəməsi 14 yaşlı qızı zorlayaraq öldürməkdə təqsirli bilinən 60 yaşlı Romella Brumun ikinci dəfə edam edilməsi barədə qərar verib.

TİA.AZ-ın xəbərinə görə, 14 yaşlı qızı zorlayıb sonra öldürmə cinayətinə görə həbsə atılan 60 yaşlı Romella Brum haqqında ölüm hökmü verib. Məhkəmənin qərarına uyğun olaraq Brumun damarlarına öldürücü maddə vurularaq bu hökm yerinə yetiriləcəkmiş. Lakin bu, baş tutmayıb. Belə ki, Oqayo həbsxanasının işçisi öldürücü maddəni burada cəza çəkən məhbəsin bədəninə daxil etmək üçün 18 dəfə cəhd edib. Amma o, heç bir cəhddə cinayətkarın venasına düşə bilməyib.

Belə olduqda məhkəmə Brumun edam edilərək öldürülməsi barədə qərar çıxarıb.

Brumun vəkilləri məsələyə belə münasibət bildirib: “Məhkəmənin edam hökmü insanı eyni cinayətə görə ikinci dəfə məsuliyyət cəlb etmək deməkdir. Bu isə ABŞ konstitusiyasına ziddir”.

Vəkillər ikinci edamdan imtina etməyi təklif etsə də məhkəmənin qərarı dəyişməyib.

Odur ki, artıq Brumun damarları dəfələrlə deşilməyəcək və o, edam edilərək öldürüləcək.