14 şəhidin içində adı “İşçi Nəbiyev” yazılan şəxs kimdir? – Gizli qəhrəmanbackend

14 şəhidin içində adı “İşçi Nəbiyev” yazılan şəxs kimdir? – Gizli qəhrəman

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən baş verən qəzada adı “İşçi Nəbiyev” kimi keçən şəxsin kimliyi məlum olub.

TİA.AZ xəbər verir ki, həmin şəhidimiz təqaüddə olan polkovnik Nəbiyev Elçin Fikrət oğludur.

O, Rail Rzayevin zamanında Azərbaycanın baş şturmanı, naviqasiyanın atası, HHMQ və HHQ Baş Qərargah rəisi olub. İlk və yeganə azərbaycanlıdır ki, Rusiyanın MİQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirib SSRİ zamanı. Sonra könüllü olaraq Azərbaycan ordusuna dönərək (birinci Qarabağ Müharibəsi zamanı) ön cəbhədə düşmənin koordinatlarını və atəş nöqtələrini artilleriya və aviasiyaya ötürüb.

Sonralar Mİ-24 və Mİ-8 helikopterinə şturman kimi keçid alıb. 44 günlük İkinci Qarabağ Müharibəsində uğurlu əməliyyatların tərtibinidə müəlliflərdən, ön cəbhədə məxfi qərargahda birbaşa iştirakı olan Azərbaycanın gizli qəhramanlarından biridir. Çox sadə, çox ağır və son dərəcə həm nəzəri, həm də praktiki cəhətdən peşəkar bir kadr olub!  /Qaynarinfo