“135 hərbçimiz ölüb, bu hələ son deyil” – Paşinyanbackend

“135 hərbçimiz ölüb, bu hələ son deyil” – Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan sərhəddəki toqquşlar nəticəsində azı 135 erməni hərbçisinin öldüyünü açıqlayıb.Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Paşinyan qeyd olunan rəqəmlərin hələ son olmadığını bildirib və ölü sayının artacağını istisna etməyib.

“Çoxlu sayda yaralı var. Ölənlərin sayı arta bilər. Həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif ediblər”, – baş nazir vurğulayıb.

Bundan əvvəl Nikol Paşinyan döyüşlər zamanı Ermənistan ordusunun 105 hərbçisini itirdiyini bildirmişdi.Xatırladaq ki, sentyabrın 12-si və 13-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif hissələrində atəşkəsi davamlı olaraq pozub.