120 MİN ƏSGƏR, 300 TƏYYARƏ, 250 HELİKOPTER, 50 GƏMİ VƏ 3000 ZİREHLİ MAŞIN – TÜRKİYƏ UKRAYNAYA ORDU GÖNDƏRİRbackend

120 MİN ƏSGƏR, 300 TƏYYARƏ, 250 HELİKOPTER, 50 GƏMİ VƏ 3000 ZİREHLİ MAŞIN – TÜRKİYƏ UKRAYNAYA ORDU GÖNDƏRİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyə və Ukrayna arasında əldə olunmuş razılaşmaya əsasən bu ilin sonunda Ukraynada “Birgə Səylər -2020” adlı hərbi təlimlər keçiriləcək. Bununla bağlı Türkiyə və Ukrayna prezidentləri telefon danışığı əsnasında razılaşma əldə olunub.
Məlumatda deyilir ki, iki ölkənin hərbi təlimlərlə bağlı razılaşma əldə etməsi Rusiyanın keçirdiyi “Qafqaz 2020” hərbi təlimlərinə cavab xarakteri daşıyır. Bildirilir ki, hərbi təlimlərdə hər iki tərəfdən 120 min əsgər, 300 hərbi təyyarə, 250 hərbi helikopter, 50 hərbi gəmi və 3000 zirehli maşın iştirak edəcək.
JAMAZ.İNFO yerli mətbuata istinadən xəbər verir ki, Ukrayna və Türkiyə arasında hərbi əməkdaşlıq təkcə, hərbi təlimlərlə yekunlaşmayacaq. Qeyd edilir ki, Ukrayna prezidenti Vladimir Zelinski yaxın günlərdə Türkiyəyə rəsmi səfər edərək, hərbi sahədə əməkdaşlıq sahəsində müqavilələr imzalayacaq.
Rəsmi Kiyev dolayısı ilə bəyan edib ki, Ukrayna Türkiyənin iqtisadi və hərbi dəstəyi olmadan Krımı işğaldan azad edə bilməyəcək