12 ildə intiharların sayı 4 dəfədən çox artıb – Cədvəlbackend

12 ildə intiharların sayı 4 dəfədən çox artıb – Cədvəl

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər yenidən aktuallaşan intiharlarla bağlı sensasiya sayıla biləcək statistika açıqlanıb.

İqtisadçı Toğrul Vəliyev son 12 ildə Azərbaycanda olan intiharların sayını hesablamağa çalışıb.

Onun sözlərinə görə, 2008-2020-ci illərdə intiharların sayı 4 dəfədən çox artıb:

“Açıq mənbələr əsasında (təəssüflər olsun ki, nə Dövlət Statistika Komitəsi, nə də Səhiyyə Nazirliyi intiharlara dair rəqəmləri hesablamır) Azərbaycanda intiharların sayını hesablamağa çalışdım. Baş Prokurorluğun və bəzi digər mənbələrin məlumatına görə, 2008-2020-ci illərdə intiharların sayı 4 dəfədən çox artıb.

Nəzərə almaq lazımdır ki, bu yalnız cinayət işi açılmış halların sayıdır. Neçəsi qeydə alınmır? Bəlli deyil. Misal üçün, 2016-ci ildə 507 intihar hadisəsi baş verdiyi halda, ictimai təşkilatların birinin məlumatına görə 515 intihara cəhd hadisəsi qeydə alınmışdı”.