“12-ci İmam” kimi həbs edilən biznesmen “Şaurma N1” rəhbərinin ortağı imiş (VİDEO)backend

“12-ci İmam” kimi həbs edilən biznesmen “Şaurma N1” rəhbərinin ortağı imiş (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, bu gün Daxili İşlər Nazirliyi özünü 12-ci İmam Mehdi kimi təqdim edib insanlara qarşı külli-miqdarda dələduzluq edən Babayev Aqil Zalış oğlunun həbs edilməsi ilə bağlı məlumat yayıb. Rəsmi açıqlamada onun 2000-2021-ci illər ərzində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə 50-yə yaxın şəxsin külli miqdarda pullarını ələ keçirdiyi bildirilir.
Qeyd olunur ki, Aqil Babayev bu illər ərzində inanclı insanlar arasında dini məclislər keçirib, guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Hətta rəsmi məlumatda deyilir ki, A. Babayev zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaiti ələ keçirib.
Aqil Babayevə elan olunan ittihamlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Müzakirələrdə A. Babayevin “Şaurma N1” restoranlar şəbəkəsinin rəhbəri Natiq Sadıqovun şəriki olduğu, biznesmenin özünün də şəriki tərəfindən dələduzluğa məruz qaldığı iddia edilib. Sosial şəbəkə istifadəçiləri bildirir ki, zərərçəkmiş qismində təqdim olunan şəxslərin kor-koranə şəkildə tanımadıqları adama yarım milyona yaxın pul verməsi real görünmür. Digər tərəfdən isə A. Babayevi tanıdığını iddia edən şəxslər yazır ki, o, həqiqətən təriqət quraraq belə məclislər təşkil edirmiş.//Qafqazinfo.az