111 yaşlı kişi uzun yaşamağın sirrini açıqladı – Toyuq beynibackend

111 yaşlı kişi uzun yaşamağın sirrini açıqladı – Toyuq beyni

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyanın ən yaşlı sakini 111 yaşlı Dexter Kruger uzun ömürlü olmasının sirrini açıqlayıb.

TİA.AZ Qərb mediasına istinadən xəbər verir ki, o, uzun ömürlülüyün sirrinin toyuq beynində olduğunu bildirib. Kruger mütəmadi olaraq toyuq beyni yediyini və bunun onun sağlamlığı üçün əvəzolunmaz xeyirləri olduğunu söyləyib.

D.Krugerin 74 yaşındakı oğlu Greg isə atasının uzun ömürlü olmasını şəhərdən uzaqda yaşaması ilə əlaqələndirib.

111 yaşlı kişinin qaldığı qocalar evinin rəhbəri Melanie Calvert jurnalistlərə açıqlamasında D.Krugerin bu günlərdə kitab yazdığını və yaddaşının hələ ki, çox yaxşı vəziyyətdə olduğunu söyləyib.

Qeyd edək ki, Avstraliyanın bundan öncəki ən yaşlı vətəndaşı Christina Cook 114 yaşında 2002-ci ildə dünyasını dəyişmişdi.