Tribuna İnformasiya Agentliyi

“Ucal,Yaşa Azərbaycan ”-Tədbir

16 Noyabr

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən məktəbli gənclərin Vətənə, Bayrağa, Torpağa hörmət ruhunda tərbiyə olunması, vətənpərvərlik mövzusunda mütəmadi olaraq müxtəlif məqsədyönlü tədbirlər həyata keçirilir. 

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən məktəbli gənclərin Vətənə, Bayrağa, Torpağa hörmət ruhunda tərbiyə olunması, vətənpərvərlik mövzusunda mütəmadi olaraq müxtəlif məqsədyönlü tədbirlər həyata keçirilir.

Bu gün 111 saylı tam orta məktəbdə “Ucal, Yaşa Azərbaycan ” mövzusunda tədbir keçirilmişdir.

Məktəbin  foyesində  şagirdlərin müxtəlif  kreativ əl işlərindən ibarət rəngarəng sərgi təşkil olunmuşdu. Sərgidə 3 rəngli bayrağımızı və tarixi abidələrimizi simvolizə edən müxtəlif eksponatlar öz əksini tapmışdı.

Məktəbdə keçirilən tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çixış edərək   tədbir iştirakçılarını  salamlamış, ölkə başçısı cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördükləri işlərdən, həyata keçirdikləri layihələrdən danışmış, rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat vermişdir.

Tədbir boyu  qonaqlar şagirdlər tərəfindən  vətənpərvərlik mövzusunda ifa olunan şer və mahnılarını dinləyib, rəqslərə tamaşa edərək,mövzu ilə bağlı  video çarxları izlədilər.