11 yaşlı qız nə üçün anası ilə birgə sığınacağa yerləşdirildi? – AÇIQLAMAbackend

11 yaşlı qız nə üçün anası ilə birgə sığınacağa yerləşdirildi? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sosial Xidmətlər Agentliyinin sosial işçisi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin psixoloqu 11 yaşlı uşağın psixo-sosial vəziyyətini qiymətləndirərək, onun reabilitasiyası istiqamətində fəaliyyətə başlayıb”.

Bunu Bakupost.az -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov deyib.
O bildirib ki, uşağın reabilitasiyası müvafiq dövlət qrumları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində aparılır:
“Artıq uşağa ilkin psixo-sosial yardım göstərilib. Əsas ehtiyacları qarşılanıb. Psixo-sosial reabilitasiya prosesi davam edir. Sosial işçilər tərəfindən reabilitasiya və reinteqrasiya planı hazırlanması üçün qiymətləndirilmə aparılır. Azyaşlının anasının Agentliyin müəssisəsinə yerləşdirilmə səbəbinə gəldikdə isə onu deyə bilərik ki, uşağın hazırki psixi-emosional vəziyyəti ilə bağlı anasının onun yanında olması daha məqsədə uyğundur. Bu azyaşlının reabilitasiya prosesinə dəstəkdir”.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə qeyd edib ki, ananın uşaqla birlikdə sığınacağa yerləşdirilməsinin səbəbi onun qeysəriyyə əməliyyatı olmasıdır:
“Orada ana uşağının qulluğunda qalmalıdır. Anadan düşmən düzəltmək lazım deyil. Mən ananın baldızı ilə əlaqə saxladım. O dedi ki, gəlinləri heç oxuma-yazma bilmir.
Düzdür, əgər araşdırmada məlum olsa ki, ana bu cinayəti bildiyi halda gizlədib, o zaman o da məsuliyyətə cəlb oluna bilər. Amma indi o övladının yanında olmalıdır”.
Qeyd edək ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı – 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir.