11 yaşında ana olan qızın qardaşı da müəssisəyə yerləşdirildibackend

11 yaşında ana olan qızın qardaşı da müəssisəyə yerləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zorakılığa məruz qalaraq uşaq dünyaya gətirən 11 yaşlı qızın qardaşı da müəssisəyə yerləşdirilib.

TİA.AZ-ın məlumatına görə, bunu Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Haşımov bildirib.

O qeyd edib ki, uşaq artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsindədir.

Azyaşlının anası da artıq Agentliyin sığınacağına yerləşdirilib. Burada ona müvafiq sosial-psixoloji reabilitasiya tədbirləri çərçivəsində xidmət göstərilməsinə başlanıb.