Tribuna İnformasiya Agentliyi

11 sentyabrda dünyada nələr baş verib? – Tarixin 11 sentyabr səhifəsi

11 Sentyabr

11 sentyabr tarixində dünyada bir çox yadda qalan hadisələr baş verib. Ən yaxın keçmişdə ABŞ-da baş verən 11 sentyabr hadisələri isə terror adlı bəlanın qol-qanad açacağının müjdəçisi oldu.

Open.az 11 sentyabrda baş verən mühüm hadisələri təqdim edir:

GÜNÜN HADİSƏSİ

Dünya Tarixində Yeni Bir Dövrün Müjdəçisi 11 Sentyabr Hadisəsi (2001)

2001-ci ilin 11 sentyabrında Amerika Birləşmiş Ştatları tarixinin ən böyük terror aktı ilə sarsılıb. Qaçırılan mülki təyyarələr ilə hərbi baza Pentaqona və Dünya Ticarət Mərkəzinin binaları olan əkiz qüllələrə intihar hücumları təşkil olunub. Hücum zamanı əkiz qüllələr uçub, hadisədə yüzlərlə insan həyatını itirib. Bu hadisə nəinki ABŞ-da, hətta bütün dünyada böyük bir çaşqınlıq və şok yaradıb. Ancaq bu terror aktı, sonralar ABŞ-ın dünyanın müxtəlif regionlarına müdaxiləsinin də yeni bəhanəsi olub.

GÜNÜN ADAMI

Pakistanın Banisi Məhəmməd Əli Cinnah (1876-1948)

Pakistanın qurucusu və ilk prezidentidir. Bütün Hindistan Müsəlman Birliyi və Pakistan müstəqillik mübarizəsinin lideridir. Londonda hüquq təhsili alıb. Əvvəllər Hindu-Müsəlman birliyinin tərəfdarı olsa da, sonra Müsəlmanların müstəqilliyinin tərəfdarı olub.Uzun bir mübarizədən sonra Hind Müsəlmanlarını bir araya gətirərək Pakistan Dövlətinin qurulmasını təmin edib. Pakistanın Dövlət Başçısı ikən 11 Sentyabr 1948 tarixində vəfat edib.

GÜNÜN VACİB HADİSƏLƏRİ

1853-cü ilin bu gün ilk dəfə teleqraf xətti işə düşüb.

1881-ci ildə İsveçdə baş verən yer sürüşməsi nəticəsində 1200 nəfər həlak olub.

1954- cü ildə ABŞ-da ilk gözəllik müsabiqəsi keçirilib.

1973-cü ildə Auqusto Pinaçetin rəhbərliyi altında Çilidə dövlət çevirilişi baş verib, çeviriliş zamanı ölkə prezidenti Salvador Alyende qətlə yetirilib.

1992-ci ildə Azərbaycan Respublikası Qana ilə diplomatik əlaqələr qurub