11 ölkədə 80 nəfər “Meymun çiçəyi”nə yoluxubbackend

11 ölkədə 80 nəfər “Meymun çiçəyi”nə yoluxub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

11 ölkədə “Meymun çiçəyi” xəstəliyinə 80 yoluxma faktı təsdiqlənib, daha 50 fakt araşdırılır.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

“Hazırda 80-ə yaxın hadisə təsdiqlənib və 50-si araşdırılır. Nəzarət genişləndikcə, daha çox hadisənin bildiriləcəyi ehtimalı var”, – ÜST bildirib.

Təşkilat qeyd edib ki, “Meymun çiçəyi” bir sıra ölkələrdə bəzi heyvan populyasiyalarında endemikdir və bu, yerli əhali və səyahətçilər arasında vaxtaşırı yayılmalara səbəb olur. Qeyd olunur ki, 11 ölkədə qeydə alınan son epidemiyalar qeyri-endemik ölkələrdə baş verdiyi üçün atipikdir. Vurğulanır ki, ÜST təsirə məruz qalmış dövlətlər və müvafiq təşkilatlarla birlikdə xəstəliklərə nəzarəti genişləndirir, o cümlədən müalicə üçün tövsiyələr verir.