Tribuna İnformasiya Agentliyi

11 aprel “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür

10 Aprel

11 aprel Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Qeyd edək ki, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət edərək yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlana bilərlər.

12 aprel tarixindən etibarən isə mərkəzlərdə bütün xidmətlər göstəriləcək.

TİA.AZ