1000-dən çox azərbaycanlı qadın və uşaq Rusiya ilə sərhəddə vətənə qayıdacaqları günü gözləyirbackend

1000-dən çox azərbaycanlı qadın və uşaq Rusiya ilə sərhəddə vətənə qayıdacaqları günü gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Azərbaycanla sərhədində yerləşən Dağıstanın Kullar kəndində 1000-dən çox Azərbaycan vətəndaşı vətənlərinə yola düşməyi gözləyir.

“Kavkazskiy Uzel” xəbər verir ki, onların hamısı respublikanın Fövqəladə Hallar Nazirliyinin düşərgəsindədir.

Dağıstanın Dərbənd və Məhərrəmkənd rayonlarının ərazisində, sərhəddə müvəqqəti yaşayış təşkil edilib.

Azərbaycan vətəndaşları hər çərşənbə axşamı kiçik qruplarla ölkələrinə göndərilir.

Xatırladaq ki, Rusiya-Azərbaycan arasında sərhədlər rəsmi olaraq açılmayıb.