Tribuna İnformasiya Agentliyi

100-dən artıq yazardan I Vitse Prezidentə müraciət: Musa Yaqub və Vaqif Bayatlı üçün…

10 Aprel
Azərbaycan müasir poeziyasının tanınmış simaları Musa Yaqub və Vaqif Bayatlının uzun müddətdir səhhətlərində yaşanan problemlərin həllinə dəstək olması xahişi ilə onlarla şair-yazıçı ölkənin I Vitse Prezidenti Mehriban xanım Əliyevayamüraciət edib.
Qaynarinfo-nun verdiyi xəbərə görə, hazırda müraciəti 100-dən artıq yazar imzalayıb.Kampaniyada istər yaşlı, istər orta və gənc nəsil yazarlar iştirak edir. Onların arasında həm Azərbaycan Yazıçılar Birliyinin, həm Azad Yazarlar Ocağının üzvləri, həm də heç bir qurumda təmsil olunmayan yazarlar var.
İmzatoplama kampaniyası sosial şəbəkələrdə hazırda da davam edir. Müraciəti imzalayan bir çox yazarın adını toplayaraq, aşağıda təqdim edirik. Bu tam siyahı deyil və imzalayanların sayı artmaqda davam edir.
Sözügedən müraciəti olduğu kimi təqdim edirik:
Azərbaycan Respublikasının birinci vitse-prezidenti, 
Heydər Əliyev Fondunun Prezidenti, 
millət vəkili, Azərbaycanın birinci
xanımı Mehriban Əliyevaya
Möhtərəm Mehriban xanım!
Azərbaycan mədəniyyətinin qorunması, inkişaf etdirilməsi və dünyada təbliğ olunması sahəsində gördüyünüz işlər son dərəcə dəyərli və təqdirəlayiqdir. Yardıma və mənəvi dəstəyə ehtiyacı olan mədəniyyət xadimlərinin müalicəsi üçün göstərdiyiniz qayğı hər zaman ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb. Elə nəzərinizə çatdıracağımız məsələyə də yüksək həssaslıqla yanaşacağınıza əminik.
Belə ki, müasir Azərbaycan poeziyasının iki mötəbər  nümayəndəsi – Musa Yaqub və Vaqif Bayatlının səhhətində uzun müddətdir ciddi problemlər yaranıb. Bu ustad sənətkarların heç birinə xüsusi prezident təqaüdü verilmir. Bu halda Musa Yaqub da, Vaqif Bayatlı da yalnız məhdud şəxsi vəsaitləri hesabına müalicə olunmaq məcburiyyətində qalırlar. Bu da boşuna vaxt itkisindən başqa bir şey deyil.
Hər iki şairin quru nəfəslərinin belə poeziyamızın üzərində olması bizim milli-mənəvi dəyərlərimiz üçün bir tanrı lütfüdür.
Sizə məktub yazmaqda məqsədimiz iki böyük söz adamının yaşadığı problemə diqqətinizi yönəltməkdir. Həqiqi Sözün, gerçək ədəbiyyatın yerini bilən və ədəbiyyatımızda ağırçəkili söz sahibi olan iki böyük sənətkarın səhhətindəki probleminin həllində yardımçı olacağınıza ümid edirik.
Biz, müasir ədəbi mühitin nümayəndələri kimi bu iki böyük şairdən dövlətin diqqət və qayğısını əsirgəməməyi sizdən xahiş edirik.
Siz də bilirsiniz ki, xalqın sevdiklərini sevmək, diqqətlə əhatə etmək elə xalqın özünü sevmək, xalqın özünə diqqət göstərmək deməkdir.
Böyük hörmət və ehtiramla öncədən təşəkkürmüzü bildiririk.
Ağa Cəfərli
Alpay Azər
Alik Əlioğlu
Aləmzər Sadıqqızı
Asiman Eyniyev
Ayxan Ayvaz
Aysel Əlizadə
Aysel Xanlarqızı
Azad Qaradərəli
Azad Yaşar
Azər Abdulla
Aqşin Evrən
Bilal Alarlı
Ceyhun Musaoğlu
Dağlar Yusif Əfəndi
Emin Piri
Əfqan Nəsirli
Ələsgər Əhməd
Fərhad Amur
İntiqam Hacılı
Jalə İsmayıl
Həmid Herisçi
Xan Rəsuloğlu
Kəramət Böyükçöl
Kənan Hacı
Kərim Kərimli
Kəmaləddin Qədim
Qismət Rüstəmov
Mahir Dərviş
Mehman Qaraxanoğlu
Murad Köhnəqala
Mirmehdi Ağaoğlu
Məhəmməd Tanhu
Nadir Qocabəyli
Nərgiz Cabbarlı
Orxan Saffari
Oqtay Hacımusalı
Pərviz Cəbrayıl
Ramiz Qusarçaylı
Rəfail Tağızadə
Rəsmiyyə Sabir
Ruzbeh Məmməd
Salam Sarvan
Sahilə İbrahimova
Səhər Əhməd
Sərraf Balaxan
Səfa Rəşid
Səbuhi Şahmursoy
Sevinc Çılğın
Sevil Gültən
Sevinc Elsevər
Şərif Ağayar
Şəhriyar del Gerani
Telman Bayramov
Ülviyyə Heydərova
Ümid Nəccari
Vidadi Qafarov
Zamiq Abdullayev
Zahir Əzəmət