10 yaşlı Nərminin qətli ilə bağlı məhkəmə başlayırbackend

10 yaşlı Nərminin qətli ilə bağlı məhkəmə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən kənd sakini İlkin Süleymanovun işi üzrə məhkəmə hazırlıq iclası keçiriləcək.
TİA.AZ xəbər verir ki. hazırlıq iclası bu gün Bakı Ağır Cinayətlər Məhkməsində baş tutacaq.
2019-cu ilin noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkarlanıb.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılaraq İlkin Süleymanov barəsində həbs qətimkan tədbiri seçilib.
İlkin Süleymanovun yaxınları isə onun günahsız olduğunu bildirir.