10 kikboksçumuz Ukraynada 10 medal qazandıbackend

10 kikboksçumuz Ukraynada 10 medal qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 10-12-si aralığında Ukraynanın Kiev şəhərində kikboksinq üzrə “WAKO Wizard Open 21” beynəlxalq turniri keçirilib.

Bakusport.az xəbər verir ki, yarışda ölkəmizi Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti təmsil edib.

Turnirə gənclər və yeniyetmələrdən ibarət millinin baş məşqçisi, əməkdar məşqçi Hikmət Hacıyevin rəhbərliyi altında 10 idmançı qatılıb. Kikbokçularımızın hamısı medal qazanıb – 6 qızıl, 2 gümüş, 2 bürünc.

Məhəmməd İmanov, Emil Hümbətov, Xəyal Dadaşov, Amil Məmmədov, Elnur Mustafayev və Rafiq Babazadə turnirin qalibi olublar. Elməddin Baxşəliyevlə Xəyal Astanov gümüş, Əli Cəfərov və Hüseyn Hacıyev isə bürünc mükafat qazanıblar.