10 gündür itkin düşən qadın tapıldıbackend

10 gündür itkin düşən qadın tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şəmkirdə itkin düşdükdən sonra Bakıda tapılan qadın ailəsinin yanına qayıtmaq istəməyib.
Bunu  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri Asimə Məmmədovaya baş çəkiblər.
“Qadınla söhbət aparılıb. O, nə ərinin, nə də valideynlərinin yanına qayıtmaq istəmədiyini deyib. Bundan sonra qadın Bakıdakı müvafiq sığınacağa yerləşdirilib”.