backend

10 dini icmaya maliyyə yardımı ayırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

Komitənin mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamın əhəmiyyətindən danışıb.

Səyyad Salahlı dini icmalara həyata keçirəcəkləri layihələr çərçivəsində milli-mənəvi dəyərlərimizi daha geniş şəkildə ictimaiyyətə çatdırmağı, maarifləndirmə işini yerlərdə təkmilləşdirməyi tövsiyə edib. Eyni zamanda, Komitə sədrinin birinci müavini dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağın, rəhbərlik etdikləri icmaların radikalizmlə ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrinin, ümummilli maraqlardan çıxış etmələrinin vacibliyini bildirib.

Səyyad Salahlı icmaları radikalizmlə mübarizədə daha fəal olmağa çağırıb. O, dini icma sədrlərinə müvafiq tövsiyələrini verib.

Astara şəhəri “Qum” məscidi dini icması, Bakı şəhəri Xətai rayonu “Mirtağı” məscidi dini icması, Sumqayıt şəhəri Corat qəsəbə məscidi dini icması, Goranboy rayonu Qızılhacılı qəsəbə məscidi dini icması, Göyçay şəhəri “Mərkəz” məscidi dini icması, Sabirabad rayonu Zəngənə kənd məscidi dini icması, İsmayıllı rayon Basqal qəsəbə məscidi dini icması, Quba rayonu II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icması, Masallı rayonu Çaxırlı kənd məscidi dini icması, Salyan rayonu Ərəbqardaşbəyli kəndi “Keçmiş Ərəbbəbirxanlı” məscidi dini icması ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində tədbirlər həyata keçirəcəklər və yerlərdə təşkil edəcəkləri tədbirlərdə iştirakçılara dini maarifləndirmə xarakterli çap məhsulları da təqdim edəcəklər.

Qeyd edək ki, Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən indiyədək 151 dini icmaya maliyyə yardımı ayrılıb ki, bunlardan 19-u qeyri-islam, 132-i isə İslam dini icmasıdır.