Tribuna İnformasiya Agentliyi

1 milyarddan çox izlənən klip – VİDEO

31 Oktyabr

“Gangnam Style” mahnısının cənubi koreyalı ifaçısı PSY-nin “Gentleman” adlı mahnısına çəkdirdiyi növbəti klipi də rekord qırıb.“Gangnam Style” mahnısının cənubi koreyalı ifaçısı PSY-nin “Gentleman” adlı mahnısına çəkdirdiyi növbəti klipi də rekord qırıb.

İfaçının klipinin izlənmə sayı bir milyardı keçib. Müğənni bu barədə “Twitter”-dəki səhifəsində məlumat verib. Çarx 2013-ci ilin aprelində PSY-nin rəsmi kanalında yerləşdirilib.

Xatırladaq ki, ifaçının məşhur “Gangnam Style” mahnısı 159 gün ərzində 1 milyarddan çox izlənmişdi. O, “Youtube”-da indiyədək ən populyar video olaraq qalır. Oktyabrın 31-dək çarxın izlənmə sayı 2,6 milyardı keçib.(Publika.az)