Tribuna İnformasiya Agentliyi

“1 bağça, 1 məktəb, 1 universitet” maarifləndirici pilot layihəsinə start verilib

04 May

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi “1 bağça, 1 məktəb, 1 universitet” maarifləndirici pilot layihəsinə başlayıb.

Layihənin məqsədi məktəbəqədər şagirdlər, məktəblilər və tələbələr arasında qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və qida təhlükəsizliyi baxımından düzgün qidalanma vərdişlərinin aşılanmasıdır.

Layihə çərçivəsində AQTA-nın əməkdaşları Heydər Əliyev Fondunun təsis etdiyi Zərifə Əliyeva adına Uşaq bağçasında olub.

Bağçada gigiyena qaydalarına riayət olunma vəziyyəti ilə tanış olan AQTA əməkdaşları daha sonra məktəbəqədər şagirdlərə “sadə gigiyenik norma və qaydalar”, “sağlam qidalanma” və “qida çantasının hazırlanma qaydaları” mövzularında əyani-praktik təlim keçib.

Uşaqlarla maraqlı və interaktiv oyunlar təşkil olunub, məktəbəqədər şagirdlərin “sağlam qida” mövzusunda bilikləri yoxlanıb. Layihə iştirakçılarına Agentliyin sertifikatları təqdim olunub. Sonda uşaqlarla xatirə şəkli çəkilib.

TİA.AZ