Tribuna İnformasiya Agentliyi

 Saakaşvili Tiflisdəki etirazçıları təslim olmamağa çağırıb

03 Dekabr

Gürcüstanın müxalif “Güc birlikdədir”koalisiyası prezident seçkilərinin nəticələrinin ləğv olunması ilə bağlı məhkəməyə müraciət edəcək.

TİA.AZ “Report”a istinadən xəbər verir ki, bunu Tbilisidəkütləvi aksiyada çıxış edən prezidentliyə sabiq namizəd Qriqol Vaşadzedeyib.

O, bildirib ki, qanun çərçivəsində kriminal hökumətə son qoyulacaq. “Noyabrın 28-də keçirilmiş seçki seçki olmadı. Bu, Gürcüstan xalqına qarşı kriminal əməliyyat oldu”.

Q.Vaşadze bildirib ki, müxalifət ölkədə siyasi böhranın aradan qaldırılması üçün hökumətə 16 dekabradək vaxt verib:

“Biz növbədənkənar parlament seçkiləri və seçki qanunvericiliyinə əsaslı dəyişikliklərin edilməsini tələb edirik. Buna görə hökuməti işçi qrup yaratmağa çağırırıq. Gələcək planlarımız hökumətin addımlarından asılı olacaq”.

Askiya iştirakçılarına Gürcüstanın sabiq prezidenti, Vahid Milli Hərəkat Partiyasının lideri Mixeil Saakaşvili canlı video bağlantı ilə müraciət edib. O, etirazçıları təslim olmamağa və səslərini qorumağa çağırıb:

“Bizim mübarizəmiz qələbə ilə başa çatacaq. Məni çağıran kimi, mən fiziki olaraq yanınza gələcəyəm. Biz dayanmayacağıq və mübarizəmizi davam etdirəcəyik”.