Tribuna İnformasiya Agentliyi

 İranlı qadınlar bu qıza görə başını açdı – FOTO,VİDEO

13 İyul

İnstaqram istifadəçisi Mayadeh Hocəbri bir neçə gün bundan əvvəl həbs olunub.

Kult.az xəbər verir ki, rəqs edib İnstaqramda paylaşdığı üçün M.Hocəbrinin həbs olunması iranlı qadınların hiddətinə səbəb olub. Qadınlar “Mən rəqs edirəm”, “Rəqs etmək cinayət deyil” kimi bir çox haştaqlarla kampaniya başladıblar. Kampaniyada qadınlar baş örtüyü olmadan rəqs edərək öz etirazılarını göstəriblər.

Qadınların bu addımı sosial şəbəkə istifadəçilərinin və bir çox xarici medianın diqqətini cəlb edib.

Qeyd edək ki, bundan öncə Məşhəd şəhərində bir ticarət mərkəzində qadınlarla kişilərin rəqs etdiyini göstərən video yayıldıqdan sonra yerli hakimiyyət rəsmisi həbs edilmişdi. Avqustda isə altı nəfər Zumba rəqsi etdiklərinə görə həbs edilmişdi.