Tribuna İnformasiya Agentliyi

 Bakıda 6-cı mərtəbədən yıxılan qadın sağ qalıb – FOTO

03 Avqust

Gecə saatlarında Bakının Xətai rayonu ərazisində bədbəxt hadisə baş verib.

“Report”un məlumatına görə, 1991-ci il təvəllüdlü Əliyeva Tamara Vaqif qızı Ayaz İsmayılov küçəsi, 67 a ünvanında yerləşən hündür binanın 6-cı mərtəbəsinin eyvanından yerə yıxılıb.

Ağır xəsarət alan qadın əraziyə gəlmiş “təcili yardım” maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Yaralıya müştərək travma və baldır sümüklərinin sınığı diaqnozu qoyulub.