Tribuna İnformasiya Agentliyi

Əsəd saraydan qaçıb hərbi bazada gizləndi – Pəncərələri belə yoxdur…

13 Aprel

Suriya lideri Bəşər Əsəd paytaxt Dəməşqdəki prezident sarayından ayrılaraq Rusiyanın nəzarətindəki Hmeymim hərbi bazasında gizlənib.

“Qafqazinfo” xəbər verir ki, “The Baghdad Post”un yazdığına görə, Əsəd rus əsgərlərinin müşayiəti ilə bazaya sığınıb. İddiaya görə, prezident pəncərələri olmayan sığınacaqda gizlənir və yanında heç bir suriyalı rəsmi şəxs yoxdur.

Qeyd edək ki, Şərqi Qutada Əsəd rejiminə bağlı güclərin mülki əhaliyə qarşı kimyəvi silahdan istifadə etməsindən sonra ABŞ və bəzi qərb müttəfiqləri Suriyada hərbi əməliyyatlara başlayacaqlarını açıqlayıblar.